Məqalələr: Başlanğıc
Proqrama daxil olmaq
FiscalSTOK-a istifadəçi adı və şifrə ilə necə daxil olmaq olar.
- 1
İstifadəçi adı və şifrəni yazın
Proqramı və ya saytı açın. Sizə verilən istifadəçi adını və şifrəni yazıb «Daxil ol» düyməsini basın.
💡 Cihazda mağaza kodu qurulubsa, giriş ekranında mağazanın istifadəçiləri siyahı ilə çıxır. Adınızı seçib yalnız şifrəni yazırsınız.
- 2
Təsdiq kodu istənərsə
Mağazada giriş kodu açıqdırsa, WhatsApp-a 6 rəqəmli kod gələcək. Kodu yazıb «Təsdiqlə və gir» düyməsini basın.
💡 «Bu cihazı 30 gün yadda saxla» seçilsə, həmin cihazda 30 gün kod soruşulmayacaq.