FISCAL — proqram təminatı

Məqalələr: Məhsullar və inventar

Kateqoriya əlavə etmək

Məhsulları qruplara ayırmaq üçün kateqoriya yaradın.


  1. 1

    Kateqoriyalar səhifəsini açın

    «Əlavələr» menyusundan «Kateqoriyalar» bölməsinə keçin.

    Kateqoriyalar siyahısı
    • 1

      Yeni. Yeni kateqoriya pəncərəsini açır.

    • 2

      Düzəliş et. Əvvəlcə siyahıdan kateqoriya seçin, sonra adını dəyişin.

    • 3

      Axtar. Kateqoriyanı adı ilə tapın.

  2. 2

    Adı yazın

    Kateqoriyanın adını yazıb yadda saxlayın.

    Yeni kateqoriya pəncərəsi
    • 1

      Kateqoriya adı. Məsələn: Elektronika.

    • 2

      Əlavə et. Kateqoriya siyahıya düşür.