Məqalələr: Alış
Alış fakturası yazmaq
Tədarükçüdən gələn malı stoka daxil edin.
- 1
Tədarükçü və malları seçin
«Alış» bölməsini açın. Məhsul əlavə etdikcə cədvəldə görünür, aşağıda sətir sayı, alış, satış və qazanc hesablanır.

- 1
Tədarükçü. Malın kimdən gəldiyini seçin. Bu sahə məcburidir.
- 2
Barkod / Kod. Skan edin və ya yazıb Enter basın.
- 3
Siyahı. Məhsulu siyahıdan seçmək üçün.
- 4
Scan. Telefon kamerası ilə barkod oxuyur.
- 5
Barkod çap sayı. Məhsulun etiketi neçə ədəd çap olunsun: miqdar qədər və ya heç.
- 6
Gözlət. Fakturanı sonra davam etmək üçün saxlayır.
- 7
Faktura təsdiqlə. Mallar stoka düşür, tədarükçünün borcu yazılır.
- 1
- 2
Məhsulu siyahıdan seçin
«Siyahı» düyməsi məhsul pəncərəsini açır. Axtarış bütün məhsullarda gedir.

- 1
Axtarış. Ad, kod və ya qrupla axtarın.
💡 Aşağı sürüşdürdükcə növbəti məhsullar yüklənir.
- 1
- 3
Gözlədilən faktura
Yarımçıq fakturanı «Gözlət» ilə saxlayın. O, «Gözləyənlər» siyahısında qalır və başqa cihazda da açıla bilər.