FISCAL — proqram təminatı

Məqalələr: Menyu

Kateqoriya əlavə etmək

Məhsulları qruplaşdırmaq üçün yeni menyu kateqoriyası yaradın.


  1. 1

    Kateqoriya formasını açın

    Menyu səhifəsində Kateqoriyalar blokunda Əlavə et düyməsi
    • 1

      Menyu. Sol paneldə «Menyu» bölməsinə keçin.

    • 2

      + Əlavə et. «Kateqoriyalar» blokunun yuxarısındakı düyməni basın.

  2. 2

    Məlumatları yazın

    Yeni kateqoriya pəncərəsi
    • 1

      Ad. Kateqoriyanın adını yazın.

    • 2

      Yalnız admin/kassir görsün. Tick qoysanız kateqoriya ofisiant ekranında və QR menyuda gizli olur. Məsələn, «Personal» kateqoriyası üçün.

    • 3

      Sıra nömrəsi. Kateqoriyanın siyahıdakı yerini göstərir.

    • 4

      Əlavə et. Düyməni basın. Kateqoriya siyahıda görünəcək.

    💡 Pəncərənin yuxarısındakı «Printerlər» və «Şəkil» bölmələrindən kateqoriyanın printerini və şəklini də seçə bilərsiniz.